spot_img
19 апреля, 2024
ДомойSoftwareМобильные приложенияYaxın günlərdə Instagram-da NFT tokenlərin testinə start veriləcək

Yaxın günlərdə Instagram-da NFT tokenlərin testinə start veriləcək

    İnsayderlərin verdikləri məlumata əsasən bu həftə Instagram daxilində NFT tokenlərin dəstəklənməsi testinə start veriləcək. Qeyd etmək lazımdır ki, NFT tokenlər adətən unikal rəqəmsal incəsənət və kolleksiya obyektlərinin orijinallıqlarının təsdiqlənməsində istifadə edilir. Hal hazırki mərhələdə ABŞ-dan olan məhdud sayda istifadəçi kriptovalyuta portmanatında yerləşən NFT tokenlərinin çıxarılması və ya onlarla bağlı olan təsvirlərin Instagram hesablarında paylaşılması üçün dəstəklənən portmanatlardan istifadə edə bilər. Məlumata əsasən Instagram daxilində yeni funksiyanın testi çərçivəsində istifadəçilər fərdi kriptovalyuta portmanatlarını öz Instagram hesablarına birləşdirərək NFT-ləri pulsuz şəkildə yayımlaya biləcəklər. Məlumatda qeyd edilib ki, Instagram-da artıq Polygon və Ethereum kimi blockchain texnologiyalarının dəstəkləri reallaşdırılıb.

    Technote-un verdiyi məlumata görə, axın zamanda isə Flow və Solana kimi digər blockchain texnologiyalarının dəstəkləri də əlavə ediləcək. Kriptovalyuta portmanatlarına gəldikdə isə istifadəçilər öz Instagram hesablarına Rainbow, MetaMask, Trust Wallet, Coinbase, Dapper və Phantom kimi portmanatları qoşa bilərlər. “Yaxın zamanda biz, Facebook-da rəqəmsal əşyaların kolleksiyalarının yığılması imkanını istifadəyə verəcəyik. Bundan əlavə olaraq biz, istifadəçilərə fərdi rəqəmsal kolleksiya əşyalarını Instagram Stories-də AR stikerlər formatında bölüşmək imkanını da təqdim edəcəyik. Bunun hesabına sözügedən texnologiyanın üstünlükləri kontent yaradıcıları ilə kolleksiyaçılar üçün əlçatan olacaq” — deyə Meta şirkətinin təmsilçisi qeyd edib. Qeyd etmək lazımdır ki, yaxın zamanda istifadəçilər həmçinin Meta şirkətinin software məhsulu olan Spark AR Studio üzərindən AR elementlərə sahib NFT tokenlərlə qarşılıqlı əlaqədə ola biləcəklər.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az
НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -