spot_img
29 марта, 2024
ДомойТехнологииСмартфоныMIUI 13-ü qlobal bazarda ilk əldə edəcək smartfonların siyahısı təqdim edilib

MIUI 13-ü qlobal bazarda ilk əldə edəcək smartfonların siyahısı təqdim edilib

 Technote-un verdiyi məlumata görə, Xiaomi şirkəti MIUI 13-ü təqdim edəndən sonra sözügedən istifadəçi interfeysini qlobal bazarda əldə edəcək ilk smartfonlar barəsində məlumat verib. Qeyd etmək lazımdır ki, hal hazırda yeni istifadəçi interfeysi hələ ki, yalnız Çin bazarı üçün aktualdır. Lakin qlobal bazarda MIUI 13-ü əldə edəcək ilk smartfonların rəsmi siyahısı da təqdim edilib. Xiaomi smartfonlarının qlobal bazardakı istifadəçiləri MIUI 13-ün OTA yenilənməsini 2022-ci ilin birinci rübündən başlayaraq əldə edəcək. Yeni istifadəçi interfeysini əldə edəcək smartfonların ilk siyahısına 19 cihaz daxil edilib. Siyahı aşağıdakı kimidir:

  • Xiaomi Mi 11i
  • Xiaomi Mi 11 Ultra
  • Xiaomi Mi 11X
  •  Xiaomi Mi 11X Pro
  •  Xiaomi Pad 5
  •  Redmi 10
  •  Redmi 10 Prime
  •  Xiaomi 11 Lite 5G NE
  •  Xiaomi 11 Lite NE
  •  Redmi Note 8 2021
  •  Xiaomi 11T
  •  Xiaomi 11T Pro
  •  Redmi Note 10 Pro
  •  Redmi Note 10 Pro Max
  •  Redmi Note 10
  •  Xiaomi Mi 11 Lite
  •  Xiaomi Mi 11 Lite 5G
  •  Redmi Note 10 JE.

İstifadəçi interfeysini əldə edəcək digər smartfonlar barəsində məlumatlar daha sonra veriləcək. Siyahıdan da göründüyü kimi smartfonlar arasında Poco seriyasını əhatə edən heç bir model yoxdur. Çox güman ki, MIUI 13-ü əldə edəcək Poco modelləri barəsində məlumat daha sonra veriləcək. Lakin güman etmək olar ki, Poco F3, Poco F3 GT, Poco F2 Pro, Poco X3 GT və Poco X3 Pro kimi modellər MIUI 13-ü əldə edəcəklər.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -