spot_img
16 апреля, 2024
ДомойТехнологииСмартфоныXiaomi 12-nin ilk real fotoları göstərilib

Xiaomi 12-nin ilk real fotoları göstərilib

İlin sonunda Xiaomi 12 flaqman smartfonunun təqdimatı gözlənilir. Smartfon, Snapdragon 898 prosessoru ilə təchiz olunacaq ilk smartfon olacaq. İndi isə Xiaomi 12-nin real fotoları göstərilib. Smartfonun real fotoları ilk növbədə Çinin Weibo sosial şəbəkəsində ortaya çıxıb. Daha sonra isə məşhur hindistanlı insayder Mukul Sharma həmin fotoların həqiqəti əks etdirdiklərini təsdiq edib.

 

Beləliklə ortaya çıxmış fotolarda Xiaomi 12 smartfonu xüsusi qoruyucu keysin daxilində yerləşdirilib. Lakin buna baxmayaraq smartfonun xarici görünüşünü qiymətləndirmək olar. Qeyd etmək lazımdır ki, fotolarda smartfonun ön hissəsi əks olunub.

Fotolara əsasən demək olar ki, ekran sahəsinin ön panelə nisbəti aktual olan Xiaomi smartfonlarından daha böyük olacaq. Bundan əlavə olaraq fotolardan görmək olar ki, ön kamera üçün nəzərdə tutulmuş dairəvi çıxıntının ölçüsü də bir qədər kiçiləcək. Həmin çıxıntı ekranın yuxarı mərkəz hissəsində yerləşəcək. Qoruyucu keys smartfon kənarlarını gizlətsə də, görmək olar ki, smartfonun kənar hissələri əyilmiş dizaynda reallaşdırılıb. Son məlumatlara əsasən Xiaomi 12 smartfonu Snapdragon 898 prosessoru ilə yanaşı həmçinin 12 GB RAM və 512 GB-a kimi daxili yaddaş həcmi ilə təchiz olunacaq. Bundan əlavə olaraq smartfonun 120 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcəyi də gözlənilir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,052ФанатыМне нравится
1,022ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -