24 января, 2022
Google search engine
ДомойSoftwareМобильные приложенияTelegram-da ödənişli abunəlik sistemi istifadəyə veriləcək

Telegram-da ödənişli abunəlik sistemi istifadəyə veriləcək

 Telegram-ın yaradıcısı Pavel Durov bloqunda messencer ilə bağlı olacaq dəyişikliklər barəsində məlumat verib. Məlumatlar arasında həmçinin messencerdəki reklam elanlarının deaktiv edilməsi üçün istifadəçilərə və kanalların sahiblərinə hansı imkanların təqdim olunacağı da qeyd edilib. Pavel Durov-un sözlərinə əsasən artıq bu ay Telegram-da xüsusi ödənişli abunəlik sistemi işə düşə bilər. Onun sayəsində istifadəçilər həm messencerə dəstək ola həm də bütün kanallarda reklam elanlarının göstərilməsi özəlliyindən azad ola bilərlər. Ödənişli abunəliyin hansı qiymətə başa gələcəyi və ona qoşulma şərtləri barəsində məlumatlar daha sonra veriləcək.

    Məlumatda qeyd edilib ki, eyni imkan həmçinin kanalların sahiblərinə də təqdim ediləcək. Lakin kanalların sahibləri üçün bu imkan daha fərqli şəkildə reallaşdırılacaq. “Bəzi müəlliflər də öz kanllarındakı istifadəçiləri üçün reklam elanlarının göstərilməsini deaktiv etmək istəyərdilər. Biz hal hazırda bu imkanın iqtisadi şərtlərini analiz edirik” — deyə Pavel Durov qeyd edib. Durov onu da qeyd edib ki, reklam elanları fərdi çatlarda və ya qruplarda əks olunmayacaqlar. Onlar yalnız böyük istifadəçi kütləsinə sahib kanallarda əks olunacaqlar. Belə ki, bu cür kanalların dəstəklənməsi Telegram-ın əsas xərclərindən biridir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,238ФанатыМне нравится
993ЧитателиЧитать
3,139ЧитателиЧитать
721ПодписчикиПодписаться
- Реклама -

САМОЕ ИНТЕРЕСНОЕ