spot_img
28 марта, 2024
ДомойТехнологииСмартфоныSamsung yeni ucuz Galaxy A23 smartfonunda kameranı təkmilləşdirəcək

Samsung yeni ucuz Galaxy A23 smartfonunda kameranı təkmilləşdirəcək

İyun ayında Samsung 48MP kameralı Galaxy A22 smartfonunu təqdim etdi. İndi məlum oldu ki, şirkət modelin varisini — Galaxy A23-ün təqdimatına hazırlaşır. Və onun kamerası bir az daha yaxşı olacaq.

Məlumatı Hollandiyanın “GalaxyClub” nəşri paylaşıb. Onlar iddia edirlər ki, yeni məhsulun 50 meqapiksellik kamerası olacaq. Kiçik təkmilləşdirmədir, amma yenə də. Bundan əlavə, şəkil keyfiyyəti digər vasitələrlə yaxşılaşdırıla bilər.

Mənbə onu da bildirir ki, Galaxy A23 smartfonu sələfi kimi 4G və 5G versiyalarında təqdim ediləcək. Bütün bölgələrin hər iki versiyanı almayacağı barədə məlumatlar var.

Cihazın qalan xüsusiyyətləri naməlum olaraq qalır. Şayiələrə görə, Galaxy A23 5000 mAh batareya ilə təchiz ediləcək.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,056ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -