spot_img
20 апреля, 2024
ДомойТехнологииГаджетыApple şirkətinin ilk AR cihazı haqqında yeni məlumatlar açıqlanıb

Apple şirkətinin ilk AR cihazı haqqında yeni məlumatlar açıqlanıb

Ming-Chi Kuo-nun yeni hesabatına görə, Apple şirkətinin AR cihaz layihəsinə gələn ilin sonunda start veriləcək. Analitikin sözlərinə əsasən AR cihaz 2 ədəd prosessor əldə edəcək. Onlardan biri əsas prosessor rolunda çıxış edəcək və onun hesablayıcı gücü Mac kompüterlərində istifadə olunan M1 prosessorunun hesablayıcı gücü ilə eyni olacaq. İkinci prosessor isə köməkçi prosessor rolunda çıxış edəcək və cihazın sensorlu funksiyalarından istifadədən cavabdeh olacaq. Analitik bildirib ki, ilk əvvəl AR cihaz avtonom şəkildə çalışacaq və onu iPhone və ya Mac cihazına qoşmaq lazım olmayacaq. Analitik əmindir ki, Apple sözügedən cihazı çoxlu sayda müxtəlif tətbiq ilə təmin edəcək.

Bununla yanaşı analitik bildirib ki, 10 il ərzində Apple ümumiyyəltə iPhone smartfonlarını məhz bu cür AR cihaz ilə əvəz edəcək. Apple şirkətinin ilk AR cihazında həmçinin VR texnologiyasının dəstəyi də gözlənilir. Məlumata əsasən VR texnologiyasının dəstəklənməsi Sony şirkətinun 4K keyfiyyətli Micro OLED ekranları vasitəsilə mümkün olacaq. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə analitik bildirmişdi ki, Apple şirkəti öz AR cihazının irimiqyaslı istehsalını 2022-ci ilin dördüncü rübünə kimi təxirə salıb. Belə ki, AR cihaz qəliz konstruksiyaya sahibdir. Keçən həftə isə analitik qeyd etmişdi ki, AR cihaz Wi-Fi 6E standartını dəstəkləyəcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -