spot_img
20 апреля, 2024
ДомойТехнологииГаджетыApple, üçüncü nəsil AirPods qulaqlıqlarını təqdim etdi

Apple, üçüncü nəsil AirPods qulaqlıqlarını təqdim etdi

Apple şirkəti öz təqdimat tədbiri çərçivəsində ilk yeni məhsulu olan naqilsiz AirPods 3 qulaqlıqlarını təqdim edib. Təqdim edilmiş AirPods 3 qulaqlıqları tamamilə yeni dizayn, daha yüksək çalışma vaxtı və daha öncə yalnız AirPods Pro-da mövcud olmuş funksiyaları əldə ediblər. Xarici görünüşcə AirPods 3 modeli AirPods Pro-ya bənzəyir. Belə ki, onların gövdə formaları bir qədər oxşardılar. Bundan əlavə olaraq yeni qulaqlıqlar yeni idarəetmə sistemini əldə ediblər. Belə ki, istifadəçi qulaqlıqların qısa ölçülü aşağı hissələrinə klikləməklə idarəetməni reallaşdıracaqlar. AirPods 3 tərdən və sudan qorunma standartına sahibdir.

Lakin Apple qulaqlıqlarda hansı qorunma standartından istifadə olunduğu barəsində məlumat verməyib. AirPods 3 Spatial Audio adlı məkan səsi funsiyasını əldə edib.

Təbii ki, AirPods 3-də həm də Dolby Atmos texnologiyasının dəstəyi də reallaşdırılıb. Əvvəlki modellər ilə müqayisədə yeni AirPods 3-ün çalışma müddəti 20% yüksəlib. Belə ki, yeni simsiz qulaqlıqlar 6 saat ərzində çalışa bilirlər. Onu da qeyd etmək lazımdır ki, qulaqlıqlar yeni növ mikrofonlar ilə təchiz olunsalar da, AirPods Pro kimi ətraf səs-küyün aktiv boğulması funksiyasına sahib deyillər. AirPods 3-ün satışlarına gələn həftə start veriləcək. Onun satış qiyməti isə 179$ təşkil edəcək.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -