18 мая, 2022
Google search engine
ДомойТехнологииСмартфоныiPhone 13-ün ən yüksək qiymətə satıldığı ölkələrin reytinqi açıqlandı

iPhone 13-ün ən yüksək qiymətə satıldığı ölkələrin reytinqi açıqlandı

Analitik Nukeni, Apple şirkətinin yeni iPhone 13 smartfonlarının ən yüksək qiymətə satıldığı ölkələrin reytinqini tərtib edib. Tərtib edilmiş reytinqdən məlum olub ki, iPhone 13-ün müxtəlif ölkələr üzrə olan qiyməti kəskin fərqlənir. Beləliklə iPhone 13-ün ən ucuz qiymətə satıldığı bazar ABŞ bazarıdır. ABŞ-ın bəzi ştatlarında məhsullara görə əlavə vergi ödənişi mövcud deyil. Məsələn 128 GB yaddaşa sahib iPhone 13 mini modeli ABŞ-da 729 dollara satılır. Eyni yaddaş həcminə sahib iPhone 13 mini-nin ən bahalı satıldığı ölkələr Türkiyə ilə Braziliyadır.

Belə ki, Türkiyədə sözügedən smartfon 1301 dollara, Braziliyada isə 1256 dollara satılır. Adi iPhone 13 ilə olan vəziyyət iPhone 13 mini ilə demək olar eynidir. 128 GB yaddaşa sahib iPhone 13 modeli ABŞ-da 829 dollara, Braziliyada 1446 dollara, Türkiyədə isə 1419 dollara satılır. Seçilmiş daxili yaddaş həcmindən asılı olaraq iPhone 13 Pro modeli ABŞ-da 999 və 1099 dollara satılır. Braziliyada isə satış qiymətləri 1808 dollar və 1998 dollara təşkil edir. iPhone modelləri Avropanın bəzi ölkələrində də baha qiymətə satılır. Məsələn Norveçdə iPhone 13 modeli 1140 dollara, iPhone 13 Pro Max modeli isə 1571 dollara satılır.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,180ФанатыМне нравится
986ЧитателиЧитать
3,131ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -spot_img

САМОЕ ИНТЕРЕСНОЕ

- Реклама -spot_img
- Реклама -spot_img