spot_img
24 апреля, 2024
ДомойТехнологииНоутбукиYeni Apple noutbukları yalnız 32 GB yaddaşla məhdudlaşacaq

Yeni Apple noutbukları yalnız 32 GB yaddaşla məhdudlaşacaq

Apple-ın ən çox gözlənilən yeni məhsullarından biri bu yaxınlarda təqdim ediləcək noutbuklardır — MacBook Pro 14″ və 16″. Cihaz təkmilləşdirilmiş M1X çipinə əsaslanacaq. Ancaq məlum olduğu kimi, hələ də öz məhdudiyyətləri olacaqdır.

Wccftech-in verdiyi məlumata görə, şirkətin M1X bazasında qurulacaq kompüterləri yalnız 32 GB-a qədər yaddaşla əldə etmək mümkün olacaq.

Qeyd edək ki, əvvəllər insayderlər MacBook Pro-nun 64 GB-a qədər operativ yaddaşa sahib olacağını deyirdilər. Və bu məlumat təsdiqlənmədiyi üçün seriyanın dizaynı barədə məlumatların doğruluğu ilə bağlı suallar yaranır.

Xatırladaq ki, erkən məlumatlara görə MacBook yeni bir dizaynın yanında USB-A portları və SD kart oxuyucusu almalıdır.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -