spot_img
19 апреля, 2024
ДомойТехнологииПланшетыApple iPad mini 6 artıq 9 düymlük bir versiyaya sahib olacaq

Apple iPad mini 6 artıq 9 düymlük bir versiyaya sahib olacaq

Analitik Ming-Chi Kuo-nun sözlərinə görə, bu ilin ikinci yarısında satışa təqdim ediləcək altıncı nəsil iPad mini seriyası iki ölçüdə olacaq. Bundan əvvəl yeni iPad mini-nin daha nazik çərçivələrə sahib 8.4 düym ekrana sahib olacağı və yenə də Touch ID-lə bir Home düyməsinə və Lightning portuna sahib olduğu bildirilmişdi.

Əvvəlcə yeni iPad mini-nin bu yaz satışa çıxarılması gözlənilirdi. Lakin indi kiçik iPad-in təqdimatı payızda baş tutmalıdır. Ming-Chi Kuo, yeni cihazın 9 düym ekrana sahib olacağını iddia etdi. Planşet ekranının çərçivələri daralacaq və Touch ID skaneri yan düyməyə keçəcək.

Son məlumatlara görə yeni iPad mini-nin ümumi dizaynı iPad Air3-ə bənzəyir. İPad mini 6 təxminən 203.2 x 134.8 x 6.25mm ölçüsündədir. Bu ölçülərə əsasən ekranın ölçüsü təxminən 9,14 düym olmalıdır. Bundan əvvəl Kuo Ming-Chi, Apple-ın mini LED ekranla təchiz edilmiş bir iPad mini hazırladığını da qeyd etdi.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -