Суббота, 18 сентября, 2021
Google search engine
ДомойАвтомобилиTesla MDB bazarına çıxacaq

Tesla MDB bazarına çıxacaq

Tesla şirkəti tezliklə MDB ölkələrinin bazarlarına çıxacaq.

Bunu şirkətin baş meneceri (CEO) Elon Musk videokonfrans formatında təşkil edilmiş forumda bildirib.

Çindəki zavodlarının artıq fəaliyyətə başladığını, ABŞ və Almaniyada isə zavodlar inşa etdiklərini qeyd edən Elon Musk deyib ki, başqa ölkələrdəki, o cümlədən Rusiyadakı potensial nəzərdən keçirilir.

«Tesla avtomobillərinin satışı üçün Rusiya və ətraf bölgələri də araşdırırıq. Qısa müddətdə Rusiya da daxil olmaqla MDB ölkələrinin bazarına girəcəyik», — deyə o, qeyd edib.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ