Пятница, 24 сентября, 2021
Google search engine
ДомойНоутбукиHuawei MateBook 16 noutbuku təqdim edildi

Huawei MateBook 16 noutbuku təqdim edildi

Bu gün Huawei, FreeBuds 4 simsiz qulaqlıqları ilə yanaşı, MateBook 16 noutbukunu təqdim etdi. Yenilik Ryzen 5000 platformasında qurulub, 16 GB RAM və 512 GB SSD-yə malikdir.

MateBook 16-nın əsas xüsusiyyəti 2.5K ekranıdır (2520 x 1680 piksel). Ekran TÜV Rheinland sertifikatlıdır və 100% sRGB əhatə dairəsi təqdim edir.

Huawei MateBook 16 135W sürətli şarjı dəstəkləyir: 15 dəqiqə ərzində cihazın batareyası 3,5 saatlıq işləmə üçün kifayət qədər enerji yığır.

MateBook 16-nın Çində satışları bu gün başlayacaq. Altı nüvəli Ryzen 5 5600H prosessorlu  qiyməti 980 dollar, Ryzen 7 5800H versiyasının qiyməti isə 1060 dollardır.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ