Воскресенье, 26 сентября, 2021
Google search engine
ДомойСтатьиIntel yarımkeçirici çip sənayesinə 600 milyon dollar investisiya yatıracaq

Intel yarımkeçirici çip sənayesinə 600 milyon dollar investisiya yatıracaq

ABŞ-ın Silikon Vadisi mərkəzli yarımkeçiricilər və mikroprosessorların istehsalçısı Intel Corp İsraildə ümumi dəyəri 600 milyon ABŞ dolları olan bir araşdırma və inkişaf (AR-GE) mərkəzi quracaq.

Bunun, təkcə 200 milyon ABŞ dolları İsrailin Hayfa şəhərində qurulacaq Mega Çip Dizayn Mərkəzi üçün xərclənəcək.

“Xərclərin 400 milyon dolları şirkətin Qüdsdəki sürücüsüz avtomobillər və sürücü yardım sistemləri inkişaf etdirən törəmə müəsisəsi Mobileye-ni AR-GE mərkəzinə çevrilməsinə sərf ediləcək. Qalan 200 milyon ABŞ dolları isə Hayfada qurulacaq «mega çip dizayn mərkəzi» üçün xərclənəcək”, — deyə İntel-in CEO-su Pat Gelsinger bildirib.

Xatırladaq ki, Intel İsrail mərkəzli Mobileye şirkətini 2017-ci ildə 15,3 milyard ABŞ dollara satın alıb. Bundan sonra isə, İntel İsrail mərkəzli digər texnologiya şirkətləri Habana Labs-ı 2 milyard ABŞ dollara və Moovit-i 900 milyon ABŞ dollara satın alıb.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ