Суббота, 25 сентября, 2021
Google search engine
ДомойTechnologyHuawei artıq 6G rabitə üçün peyklər üzərində işləyir

Huawei artıq 6G rabitə üçün peyklər üzərində işləyir

İndiyə qədər 5G texnologiyası dünyada lazımi səviyyədə geniş yayılmayıb, lakin texnologiya şirkətləri artıq altıncı nəsil rabitə üzərində işləyirlər (6G). Məsələn, Huawei, artıq 6G üçün iki sınaq peyki təqdim etməyə hazırdır.

Xəbər verildiyi kimi Huawei, daha iki Çin şirkəti ilə ortaq şəkildə iyul ayında iki peyk təqdim etmək niyyətindədir. Layihənin məqsədi Huawei tərəfindən hazırlanmış 6G şəbəkə texnologiyalarının sınaqdan keçirilməsidir.

Altıncı nəsil şəbəkələrin beşinci nəsil şəbəkələrdən 50 qat daha sürətli olması gözlənilir. Yeni texnologiya ilə mövcud texnologiya arasındakı fərq 5G-nin siqnal ötürülməsi üçün baza stansiyalarına, 6G isə peyklərə güvənməsidir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ