Воскресенье, 26 сентября, 2021
Google search engine
ДомойСобытияUşağın Twitter paylaşımı amerikalıları qorxudub

Uşağın Twitter paylaşımı amerikalıları qorxudub

ABŞ Ordusu Strateji Komandanlığının rəsmi tvitter hesabındakı qəribə paylaşım internet istifadəçilərini qorxudub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, dünən komandanlığın hesabında xaotik hərf toplusundan ibarət mesaj paylaşılıb və bu, dərhal oxucuların çılğın reaksiyasına səbəb olub.

Sirli mesaj silinmədən əvvəl 11 mindən çox istifadəçi onu repost edib. Bəzi oxucular bunun yadplanetlilər üçün mesaj olduğunu düşünüblər. Digərləri isə pişiyin klaviaturada gəzdiyini ehtimal ediblər.

Sonda isə məlum olub ki, bu, komandanlığın tvitter hesabına cavabdeh olan menecerin nəzarətsiz qalan uşağının işi imiş…

Komandanlıq yaranan qarışıqlığa görə elə o postun şərh bölməsində üzr istəyib, ancaq sonradan həm şərhi, həm də postu silib.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ