Понедельник, 27 сентября, 2021
Google search engine
ДомойСобытияBöyük Britaniyada Apple şirkətinə qarşı təhqiqat başlandı

Böyük Britaniyada Apple şirkətinə qarşı təhqiqat başlandı

Böyük Britaniyanın Rəqabət və Bazarlar Komitəsi (CMA) Apple şirkəti barəsində antiinhisar təhqiqata başlayıb.

CMA-nın saytında yerləşdirilən məlumata əsasən, belə bir addımın səbəbi Apple tətbiqlərinin haqsız və rəqabəti boğan şərtlərlə satılması barədə gələn şikayətlərdir.

Belə ki, Apple şirkətinin tətbiqləri App Store vasitəsilə yayılması üçün 30 faiz həcmində komissiya haqqı alınır və həmin satış meydançasından kənarda müştərilərlə əlaqə yaradılmağa imkan verilmir. Həmçinin müştərinin hər hansı tətbiq üçün əlavə opsiya və yenilənmələrin də haqqı yalnız App Store üzərindən ödənilməlidir.

Məlumatda bildirilir ki, təhqiqat əsnasında Apple şirkətinin Böyük Britaniyada satılan smartfonlarında tətbiqlərin yayılması ilə bağlı istehsalçının üstün mövqeyə yiyələnib-yiyələnmədiyi, App Store-dən istifadə edən tərtibatçılara haqsız və ya rəqabətcil olmayan şərtlər qəbul etdirib-etdirilmədiyi araşdırılacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ