Среда, 28 июля, 2021
Google search engine
ДомойСобытия5G üçün 718 min baza stansiyası quraşdırıldı

5G üçün 718 min baza stansiyası quraşdırıldı

Çində 5G rabitə standartı üçün quraşdırılmış baza stansiyalarının ümumi sayı 718 minə çatıb.

Dünyada mövcud olan belə stansiyaların təxminən 70%-ni təşkil edir. Bu haqda Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Lyu Lexun deyib.

Onun sözlərinə görə, Çində beşinci nəsil rabitə standartına təxminən 200 milyon terminal qoşulub. 5G texnologiyasına malik 2,18 milyondan çox mobil telefon Çində satışa çıxarılıb.

Çinin aparıcı mobil operatorları 2019-cu ilin oktyabr ayının sonundan əhaliyə beşinci nəsil rabitə xidmətləri göstərməyə başlayıblar. 2020-ci ildə ölkədə 5G rabitə standartı üçün təxminən 580 min baza stansiyası quraşdırılıb. Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına görə, 2021-ci ildə 600 mindən çox yeni stansiyanın quraşdırılması planlaşdırılır.(ICTnews.az)

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ