Вторник, 28 сентября, 2021
Google search engine
ДомойСмартфоныApple smartfon bazarında yenə birincidir

Apple smartfon bazarında yenə birincidir

2020-ci ilin dördüncü rübündə dünya bazarında smartfon satışlarına görə Apple 2016-cı ildən bu yana ilk dəfə birinci yerə çıxıb.

Gartner araşdırma mərkəzi tərəfindən açıqlanan statistik rəqəmlərə görə, hesabat dövründə Apple 80 milyona yaxın smartfon sataraq dünya bazarındakı payını 20,8%-ə çatdırıb. Ekspertlərin fikrincə, bu nailiyyət daha çox 5G rabitəsini dəstəkləyən iPhone 12 və iPhone 12 mini smartfonları sayəsində qazanılıb.

İkinci yerdəki Samsung 62,11 milyon smartfon sataraq bazarın 16,2%-nə, üçüncü yerdəki Xiaomi də 43,43 milyon satışla bazarın 11,3%-nə nəzarət edib. Sonrakı yerləri tutan müvafiq olaraq OPPO və Huawei ABŞ tərəfindən tətbiq olunmuş sanksiyalar üzündən satışlarda böyük itkilərlə üzləşib.

Bütövlükdə ötən ilin dördüncü rübündə dünyada smartfon satışları 5,4%, ilin əvvəlindən 12,5% azalıb. Bu da koronavirus pandemiyası üzündən tədarük zəncirlərindəki fasilələrlə əlaqələndirilir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ