Воскресенье, 26 сентября, 2021
Google search engine
ДомойМобильные приложенияAvropa Komissiyasına TikTok-dan şikayət edilib

Avropa Komissiyasına TikTok-dan şikayət edilib

Avropa İstehlakçılar Birlikləri Bürosu (BEUC) TikTok qısa videolar servisindən Avropa Komissiyasına şikayət edib.

İnfocity-in verdiyi məlumata görə, BEUC-nin saytında yerləşdirilən açıqlamada həmin servisin istehlakçı hüquqlarını pozduğu bildirilir.

Belə ki, TikTok-un təhlükəli məzmunlarından yetkinlik yaşına çatmayan istifadəçilərin müdafiə olunmadığı bildirilir: TikTok uşaq və yeniyetmələri platformunda mövcud olan gizli təhlükələrdən, reklamdan, zərər kəsb edə biləcək məzmunlardan qorumaq iqtidarında deyil. BEUC və üzvləri Aİ-də istehlakçı hüquqlarına əməl olunmasını təmin etmək üçün TikTok-un siyasətini və addımlarını hərtərəfli araşdırmağın tərəfdarıdır”.

Bununla yanaşı, TikTok-un istifadəçilər tərəfindən paylaşılan videolara dair müəllif hüquqları ilə bağlı siyasətinin də haqsız olduğu irəli sürülüb: «Müəllif hüququ da istifadəçilər tərəfindən paylaşılan videoları ödənişsiz istifadə etmək, yaymaq, surətini çıxarmaq üçün TikTok-a geri dönüşü olmayan ixtiyar verdiyi üçün eynilə haqsızdır”.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ