Вторник, 28 сентября, 2021
Google search engine
ДомойСмартфоны“İnanılmaz” ekranlı smartfon yaradılıb

“İnanılmaz” ekranlı smartfon yaradılıb

Xiaomi şirkətinin təqdim etdiyi yeni konsept smartfonunun ekranı gövdənin qıraqlarını da əhatə edir.

Şirkətin rəsmi bloqunda yerləşdirilən məlumata görə dörd tərəfdən 88 dərəcə altında əyilən “şəlalə” displeydə görüntülərin ekrandan kənara su kimi axması təəssüratını yaratmağa imkan verir. Sanki smartfonun çərçivəsi də ekranla örtülüb və onlar bir bütöv təşkil edir. Ekranın hazırlandığı şüşənin isə ən müasir şüşə istehsalı texnologiyalarından belə kənara çıxdığı qeyd olunur.

Həmçinin hər hansı düymə və doldurma portları da olmayan yeni smartfon yalnız simsiz texnologiya vasitəsilə sarjla təmin edilir.

Yeni smartfonun təqdimat tarixi və qiyməti açıqlanmayıb.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

 

НОВОСТИ ПО ТЕМЕ