Воскресенье, 26 сентября, 2021
Google search engine
ДомойСтатьиDaha bir kriptovalyutanın məzənnəsi sürətlə artır

Daha bir kriptovalyutanın məzənnəsi sürətlə artır

Pandemiya şəraitində rəqəmli pullara marağın artması Ethereumun da son vaxtlar sürətli bahalaşmasına rəvac verib.

Coin MarketCap-ın sözlərinə görə, bu gün, Ethereum 10,57 faiz bahalaşaraq 1566 ABŞ dollarından, ən böyük kriptovalyuta birjası olan  Binance da isə 8,67 faiz bahalaşaraq 1543 dollardan satılıb. Ethereum-un bundan əvvəlki rekord məzənnəsi 1428 dollar yanvarın 19-da qeydə alınmışdı.

Bununla yanaşı, ən geniş yayılmış kriptovalyuta olan bitkoin bu gün 6,5 faiz bahalaşaraq 36500 ABŞ dollarından satılır.

Binance-ın Rusiyadakı nümayəndəsi Qleb Kostarev kriptovalyutaların artımını törəmələr bazarındakı canlanmanın nəticəsi kimi qiymətləndirərək «Etheurum»dakı artımın bütün kriptovalyutalara sirayət etdiyini bildirib.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ