Воскресенье, 19 сентября, 2021
Google search engine
ДомойСтатьиAlphabet-in xalis mənfəəti 17%-dən çox artıb

Alphabet-in xalis mənfəəti 17%-dən çox artıb

Ötən ilin son rübündə ABŞ texnologiya nəhənglərindən biri olan Google-un əsas şirkətlərindən Alphabet-in xalis mənfəəti 2019-cu ilin eyni dövrü ilə müqayisədə 42,7 % artaraq 15,23 mlrd ABŞ dollara çatıb, 2020-ci il üzrə isə bu göstərici 17,2 % artaraq 40,269 mlrd ABŞ dollara yüksəlib.\

 

Məlumata görə, ötən ilin son rübündə Alphabet-in gəliri illik müqayisədə 23,5 % artaraq 56,9 milyard ABŞ dollara, ümumilikdə 2020-ci ildə isə illik müqayisədə 12,8 % artaraq 182,5 mlrd ABŞ dollara çatıb.

Ötən ilin son rübündə Alphabet-in hər səhminə görə mənfəət illik müqayisədə 45,3 % artaraq 22,30 ABŞ dolları, 2020-ci il ərzində isə 19,2 % artaraq 58,61 ABŞ dollara yüksəlib.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ