Вторник, 28 сентября, 2021
Google search engine
ДомойСмартфоныDörd kameralı Samsung Galaxy A32 5G smartfonu təqdim edildi

Dörd kameralı Samsung Galaxy A32 5G smartfonu təqdim edildi

Samsung rəsmi olaraq beşinci nəsil mobil şəbəkələri dəstəkləyən Galaxy A32 5G smartfonunu satışa təqdim etdi. Yeni məhsulların satışına 12 Fevralda başlanacaq.

Cihaz 6,5 düymlük Infinity-V HD+ ekranı ilə təchiz edilmişdir. Panelin yuxarı hissəsində 13MP selfie kamera quraşdırılıb. RAM miqdarı 4, 6 və 8 GB ola bilər. Smartfon yan barmaq izi skaneri və USB Type-C portu alıb. 15 vattlıq şarj dəstəyi ilə 5000 mAh tutumlu batareya var.

Yeni məhsul Awesome Black (qara), Awesome White (ağ), Awesome Blue (mavi) və Awesome Violet (bənövşəyi) rənglərində 280 avro qiymətində olacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

 

НОВОСТИ ПО ТЕМЕ