Пятница, 24 сентября, 2021
Google search engine
ДомойНоутбукиHUAWEI-in yeni qabaqcıl noutbukun xüsusiyyətləri təqdimatdan əvvəl açıqlandı

HUAWEI-in yeni qabaqcıl noutbukun xüsusiyyətləri təqdimatdan əvvəl açıqlandı

Son vaxtlar HUAWEI təkcə smartfonlara deyil, kompüterlərə və xüsusən də noutbuklara çox diqqət yetirir. Gələn həftə MateBook X Pro yeniləməsi də daxil olmaqla yeni modellərin təqdim olunması gözlənilir. Xüsusiyyətləri artıq açıqlanıb.

İnsayderlərə görə, 2021 HUAWEI MateBook X Pro, 11-ci nəsil Intel Core i5 və ya i7 prosessoru və 4266Hz-də işləyən 16/32GB RAM ilə təchiz ediləcəkdir. Bundan əlavə, yüksək sürətli məlumat ötürülməsi üçün Thunderbolt 4 dəstəyi, WiFi 6 və Bluetooth 5.1 ilə iki USB Type-C portunun olması gözlənilir. Bundan əlavə, təkmilləşdirilmiş soyutma sistemi və mobil cihazlar ilə sinxronizasiya etmək üçün inteqrasiya olunmuş NFC modulu olacaq.

Yeni MateBook X Pro-nun 13.9 düymlük 3K IPS ekranı, 65W sürətli şarj dəstəyi olan 56Wh batareya və əvvəlcədən quraşdırılmış əməliyyat sistemi Windows 10 Home alacağı gözlənilir.

Yeni MateBook X Pro, MateBook 13 və MateBook 14-ün təqdimatının 17 yanvarda keçirilməsi gözlənilir, lakin bu məlumat hələ rəsmi olaraq təsdiqlənməyib.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ