spot_img
16 апреля, 2024
ДомойТехнологииАвтомобилиVolkswagen elektrik yarış maşını rekorda imza atıb

Volkswagen elektrik yarış maşını rekorda imza atıb

Fransız sürücü Romain Dumas Volkswagen I.D.R elektrik yarış maşınında 20 il öncə qeydə alınmış rekordu qırmağa nail olub. Dumas Goodwood trasını 41.18 saniyəyə qət edərək 1999-cu ildə təyin edilmiş 41.6 saniyəlik rekordu qırıb. Qeyd edək ki, 20 il öncə bu rekorda Nick Heidfeld tərəfindən Formula 1 bolidi ilə imza atılmışdı.

Maraqlısı budur ki, cəmi bir gün sonra Dumas öz rekordunu da qırıb. Belə ki, Romain Goodwood trasını bu dəfə 39.9 saniyəyə qət edib. Qeyd edək ki, Volkswagen I.D.R elektrik yarış maşınının prototipi olaraq artıq bir neçə rekorda imza atıb. Maşın ümumi at gücü 689 olan iki elektrik mühərrik ilə təchiz edilib. Volkswagen I.D.R cəmi 2.25 saniyəyə 100 km/saat sürəti yığa bilir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,052ФанатыМне нравится
1,022ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -