spot_img
29 марта, 2024
ДомойТехнологииHakerlər Bitpoint kriptovalyuta mübadilə məntəqəsini soyaraq ciddi zərər yetiriblər

Hakerlər Bitpoint kriptovalyuta mübadilə məntəqəsini soyaraq ciddi zərər yetiriblər

Bitpoint-in Yaponiyada yerləşən mübadiləsi məntəqəsi hakerlərin hücumuna məruz qalıb. Ümumilikdə hakerlər soyğun nəticəsində 32 milyon dollar əldə ediblər. Bu barədə Bitpoint sahibi olan Remixpoint şirkəti məlumat yayıb.

Şirkət rəsmilərinin sözlərinə görə ötən günlərdə Ripple kriptovalyutası ilə qeyri-qanuni və şübhəli tranzaksiyaların gerçəkləşməsi xəbərləri gəlmişdi. Daha sonra eyni halın digər kriptovalyutalarda da baş verdiyi məlum olub. Qeyd edilir ki, 32 milyon dollarlıq kriptovalyutanın təxminən 70%-i servisin müştərilərinə məxsus idi. Remixpoint rəsmiləri bildirib ki, şirkət öz müştərilərinə onlara məxsus məbləği geri qaytaracaq.

Xatırladaq ki, ötən il hakerlər digər kriptovalyuta (Coincheck) mübadilə məntəqəsinə (Yaponiyada) hücum ediblər və 530 milyon dollar oğurlayıblar.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -