spot_img
29 марта, 2024
ДомойSoftwareОперационные системыXiaomi şirkəti MIUI sisteminin beta-test proqramını bağlayır

Xiaomi şirkəti MIUI sisteminin beta-test proqramını bağlayır

Xiaomi 1 iyul tarixindən etibarən MIUI əməliyyat sisteminin beta-test proqramını bağlamaq qərarına gəlib. Qeyd edək ki, bu qərara qədər qlobal sistem iki versiyada təqdim edilirdi — stabil və beta versiyalar. Stabil versiyalı əməliyyat sistemi smartfonlara satış zamanı quraşdırılır, beta versiya isə istifadəçilərin istəyinə uyğun olaraq həftəlik yeniləmələr formasında smartfonlara göndərilirdi.

Beta versiyalı smartfonlar ən son yenilikləri stabil versiyalı cihazlardan daha tez alırdı, lakin, fəaliyyətdə bəzi probləmlər istisna edilmirdi (çünki beta versiya olaraq sınaq üçün nəzərdə tutulub). Xiaomi şirkəti qeyd edib ki, bazara çıxarılan cihazların sayının artması səbəbilə beta-versiyanı hazırlamaq üçün vaxt çatmırdı. Buna görədə tərtibatçılar çox gərgin və yüklü iş rejimi ilə çalışırdılar.

Şirkət rəsmilərinin sözlərinə görə, beta proqramın əsas məqsədi təqdim ediləcək yenilik haqqında ilkin fikirləri eşitmək və daha da inkişaf etdirib stabil versiya ilə təqdim etmək idi. Lakin, istifadəçilərin 90%-i heç bir fikir bildirmədiyindən bu proqramın da mənası qalmadı. Beta proqramın ləğvi ilə stabil yeniləmələrin sayının və keyfiyyətinin artacağı deyilir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -