spot_img
19 апреля, 2024
ДомойТелекомСобытияVisa şirkəti Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə Bakı şəhərində “Ödənişlərin icrası”...

Visa şirkəti Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi ilə Bakı şəhərində “Ödənişlərin icrası” adlı seminar keçirmişdir

“Visa” qlobal ödəniş texnologiyası şirkəti Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) dəstəyi ilə elektron ödənişlər və maliyyə savadlılığı haqqında “Ödənişlərin icrası” adlı bir günlük seminar təşkil etmişdir. Seminarın məqsədi mətbuat nümayəndələrini maliyyə savadlılığı barədə məlumatlandırmaq, o cümlədən müştərilərin elektron ödəniş və vasitələrə olan inamını artırmaq olmuşdur.

Seminarda Visa Dövlət Siyasəti Məktəbinin Baş Direktoru cənab Məcid Hucayir və seminar iştirakçıları aşağıdakı mövzuları müzakirə ediblər: elektron ödənişlərin iqtisadi və sosial faydaları, ölkədə elektron ödənişlərin sayının artmasını asanlaşdıracaq effektiv ödəniş sisteminin yaradılması ilə bağlı nəzərə alınmalı strateji amillər, maliyyə öhdəlikləri və maliyyə savadlılığı, VisaNet təcrübəsi əsasında elektron ödəniş sisteminin yaradılması, elektron ödənişlərlə bağlı risklərin idarə edilməsi və texnologiyaların innovativ ödəniş məhsullarına təsiri.

Bütün iştirakçılar Visa Dövlət Siyasəti Məktəbinin şəhadətnamələri ilə təltif edilmişdir.

“Visa Dövlət Siyasəti Məktəbi tərəfində təşkil edilən seminarlar iştirakçılara elektron ödənişlər barədə ümumi məlumat vermək, onun ölkə səviyyəsində müxtəlif maraqlı tərəflərə və istehlakçılara verdiyi faydaları təqdim etmək üçün nəzərdə tutulmuşdur. Biz kütləvi informasiya vasitələrinin düzgün məlumatların çatdırılması və istehlakçıların maliyyə savadlılığı barədə məlumatlandırılmasında xüsusi rol oynadığına, o cümlədən mərkəzi bankların vətəndaşların maliyyə üzrə səlahiyyətlərə malik olmasında və istehlakçıların maliyyə sisteminə olan inamının artırılmasında köməkçi rola malik olduğuna inanırıq,” Visa Dövlət Siyasəti Məktəbinin Baş Direktoru cənab Məcid Hucayir bildirib.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -