spot_img
25 апреля, 2024
ДомойТелекомСобытияPlanet müdafiəsi: alimlər kosmik aparatla asteroidi vurmaq istəyirlər

Planet müdafiəsi: alimlər kosmik aparatla asteroidi vurmaq istəyirlər

Əməliyyatın adını DART adlandırıblar.

Ümumi potensial planet fəlakətləri arasında asteroidlər ilə toqquşmalar heç vaxt istisna edilməyib. Baxmayaraq ki, müasir tarixdə heç bir ciddi toqquşma qeydə alınmasa da, təhlükənin mümkünlüyü bununla azalmır. Buna görə də alimlər indidən araşdırmalara start veriblər. Onlar asteroidləri kosmik aparatla vuraraq hərəkət traektoriyasına təsir etməyi hədəfləyir.

Bu tip layihələrdən biri artıq hazırdır və NASA tərəfindən DART adlandırılıb (Double Asteroid Redirect Test). Bu, insanlıq tarixində ilk planetin müdafiəsi əməliyyatı olacaq. DART kosmik aparatı 12,5 x 2,4 m ölçülərə malikdir, çəkisi isə 500 kq-dır. Hədəfi ilə müqayisədə çox kiçik olan bu aparatın sürəti 6 km/s təşkil edəcək. DART-ın hədəfi isə Didymos adlı asteroiddir. Daha dəqiq desək, bu asteroidin Didymoon adlı peyki (diametri 150 m təşkil edir). Alimlər qeyd edir ki, nəticədən asılı olmayaraq Yer kürəsi üçün heç bir təhlükə yoxdur. DART əməliyyatının yaxın bir neçə ildə gerçəkləşməsi gözlənilir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -