spot_img
25 апреля, 2024
ДомойТехнологииСмартфоныXiaomi Black Shark Helo oyun smartfonu rəsmən təqdim edildi

Xiaomi Black Shark Helo oyun smartfonu rəsmən təqdim edildi

Xiaomi şirkəti Black Shark oyun smartfonunun 2-ci versiyasını təqdim edib. Yeni modelə Black Shark Helo adı verilib. Cihaza yeni soyutma sistemi, loqotip, kənar rəngli işıq effektləri quraşdırılıb.

Barmaq izi skaneri arxa panelə keçirilib. Yeni soyutma sistemi prosessorun temperaturunu 12 dərəcəyə qədər salır. Bundan başqa, xüsusi Shark düyməsi ağır oyunlarda istifadə edilə bilər. Smartfon üçün xüsusi «gamepad» da təqdim edilir. 6.01 düymlük Full HD+ ekran, 12+20 mp əsas qoşa kamera / 20 mp ön kamera, 4000 mAh batareya cihazın ümumi göstəriciləridir. Prosessor Qualcomm şirkətinin təqdim etdiyi Snapdragon 845-dir, hansı ki , 6/8/10 GB RAM + 128/256 GB daxili yaddaş birgə çalışaraq cihazın sürətini təmin edir. Əməliyyat sistemi Android 8.1 Oreo və Joy UI örtüyüdür. Smartfonun çəkisi 190 qr, qalınlığı 8.7 mm təşkil edir.

Cihazın qiyməti 6/128 versiya üçün 416 dollar, 8/128 üçün 504 dollar, 10/256 versiya üçün isə 605 dollar olaraq təyin edilib. Satışlar 30 oktyabrdan start götürəcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -