spot_img
29 марта, 2024
ДомойТелекомСобытияITCITY şirkəti analitik həllər və İT akademiya istiqamətləri üzrə fəaliyyətə start verir

ITCITY şirkəti analitik həllər və İT akademiya istiqamətləri üzrə fəaliyyətə start verir

Ramin Orucov və Tural Əliyevin birgə layihəsi olan Itcity.academy akademiyasının hədəfi Azərbaycan üçün İKT sahəsində keyfiyyətli mütəxəssislər hazırlamaqdır.

Kifayət qədər potensiallı gənclərimiz var, onlara dəstək olmaq, potensiallarını ortaya çıxarmaq və ciddi İKT mütəxəssisi kimi yetişmələrinə nail olmaq üçün komanda olaraq birləşdik. Komanda üzvlərimiz öz sahəsində sözünü demiş və təcrübəli İKT mütəxəssisləridir. Java, Big data və Cloud istiqamətlərini özüm, PHP istiqamətini Rəşad Əliyev və Əsəd Məmmədov, Android və iOS proqramlaşdırma istiqamətlərini Rüfatət Babakişiyev, fundamental proqramlaşdırma və alqoritm istiqamətini Etibar Seyidzadə müəllim, Web və Mobil UI/UX istiqamətlərini isə Elşən Quliyev tədris edəcək.

Hal hazırda proqramlaşdırma, database, big data, cloud, web və mobile texnologiyalar üzrə təlim paketləri təklif edirik. Proqramlaşdırma yeni başlayanlar, eləcə də digər sahələrdən İKT-ə keçid etmək istəyənlər üçün alqoritmlər, “data structures” və proqramlaşdırmanın əsaslarını tədris edəcəyik, daha sonra isə digər istiqamətlər üzrə lazımi nəzəri bilikləri və praktiki təcrübəni öyrədəcəyik. Yanaşmamız öyrən və tətbiq et üzərində qurulub, nəzəri bilikləri öyrədirik, layihələr üzərində isə praktiki bacarıqları inkişaf etdiririk. Tədris proqramlarımızı şirkətlərin real tələblərinə uyğun olaraq hazırlamışıq.

Şirkətlər üçün isə korporativ təlimlər təklif edirik, maraqlı olanlar müraciət edə bilər, — deyə Ramin Orucov Facebook profilində qeyd edib.

Rəsmi sayt: https://itcity.academy/

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -