spot_img
19 апреля, 2024
ДомойСайтыСоциальные сервисыMark Zuckerberg Facebook rəhbərliyindən uzaqlaşdırıla bilər

Mark Zuckerberg Facebook rəhbərliyindən uzaqlaşdırıla bilər

Facebook investorları sosial şəbəkənin yaradıcısı Mark Zuckerberg-i idarə heyyəti sədrliyi vəzifəsindən uzaqlaşdırmağa çalışırlar. BusinessInsider qeyd edir ki, bu qərar altı böyük investor tərəfindən dəstəklənib.

Səhmdarların Mark Zuckerberg-i uzaqlaşdırmaq niyyəti ciddidir. Buna ən böyük səbəb kimi Facebook-un Cambridge Analytica şirkətinə ötürdüyü istifadəçi məlumatları üzündən yaranmış irimiqyaslı qalmaqal göstərilib. Bundan başqa, səhmdarlar idarəçilik strukturunu da dəyişmək niyyətindədilər.

Nəticədə, şirkətin 3 milyard dollar dəyərində səhmlərinə sahib olan investorlar korporativ struktur dəyişiklikləri ilə Mark Zuckerberg-in toxunulmazlıq statusunu əlindən almaq istəyirlər və bununla da onu idarəçilikdən uzaqlaşdırmağı düşünürlər.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -