spot_img
20 апреля, 2024
ДомойТелекомСобытияHesab.az platforması “ASAN ödəniş” sisteminə qoşulmaqla dövlət ödənişlərinin qəbuluna başlayıb

Hesab.az platforması “ASAN ödəniş” sisteminə qoşulmaqla dövlət ödənişlərinin qəbuluna başlayıb

Azərbaycanda ən böyük onlayn xidmətlər platforması Hesab.az və “ASAN xidmət” əhaliyə daha bir yenilik təqdim edib.

Trend-in məlumatına görə, dövlət ödənişlərinin Hesab.az vasitəsilə həyata keçirilməsi məqsədi ilə Hesab.az platforması ödəniş xidməti təçhizatçısı kimi “ASAN ödəniş” sisteminə inteqrasiya edilib.

Pilot olaraq Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi (DYP) və Dövlət Gömrük Komitəsinin cərimə ödənişlərini Hesab.az saytı və mobil tətbiqi vasitəsilə onlayn həyata keçirmək mümkündür. “ASAN xidmət” ilə birgə tətbiq edilən bu xidmət gələcəkdə digər dövlət ödənişlərini də Hesab.az vasitəsilə onlayn həyata keçirməyə imkan verəcək.

Yeni ödəniş xidmətindən Hesab.az platformasında qeydiyyatdan keçmiş 310 000-dən çox mövcud istifadəçi, eləcə də istənilən digər yeni istifadəçilər yararlana bilər. Yaxın zamanda bu onlayn ödənişlər üzrə müxtəlif kampaniyaların keçirilməsi nəzərdə tutulub.

 “Dövlət ödənişlərinin Hesab.az platformasına əlavə edilməsi imkanlarını yaradan və zəruri dəstəyi göstərən “ASAN xidmət”ə təşəkkür edirik. Hesab.az vasitəsilə dövlət ödənişlərinin onlayn həyata keçirilməsi müştərilərin rahatlığını artırmağa imkan verəcək. İnanıram ki, yeni xidmət ölkədə nağdsız hesablaşmaların artımına da kömək edəcək”, — GoldenPay şirkətinin İdarə Heyətinin sədri Naina Mehdiyeva bildirib.

 

Hesab.az yaxın vaxtlarda istifadəçilərə yeni saytını və mobil tətbiqini təqdim etməyi nəzərdə tutur.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -