spot_img
24 апреля, 2024
ДомойТехнологииMicrosoft insan və süni intellekti 2038-ci ildə təsvir edib

Microsoft insan və süni intellekti 2038-ci ildə təsvir edib

Microsoft prezidenti Bred Smit və şirkətin süni intellekt üzrə vitse-prezidenti Qari Şum süni intellekt haqqında kitab dərc ediblər. Onların fikrincə süni intellekt insanın bir növ alter-eqosuna çevriləcək. 2038-ci ilin hır hansısa bir günü süni intellekt öz sahibi olan insanı daima izləyəcək. İnsan yatarkən süni intellekt yeni gün üçün təqvim və cədvəllər hazırlayacaq, sahibini uyğun vaxtda oyadacaq, həmin vaxta qədər çay və ya kofe hazırlanması üçün ağıllı cihalara siqnallar ötürəcək. İnsan oyandıqdan sonra süni intellekt ona sosial şəbəkələrdə ən aktual xəbərləri, dost-tanışların yeniliklərini təqdim edəcək. Süni intellekt hava şəraitini öncədən müəyyən edərək insana geyim tövsiyyə edəcək. Dostların ad günlərini sosial şəbəkələrdən öyrənən süni intellekt sahibinə bu barədə məlumat verəcək, lazım gələrsə kuryerlə hədiyyə sifariş edəcək, restoranda masa rezerv edəcək.

Pilotsuz avtomobilinə əyləşən insan VR eynəkləri vasitəsilə vacib görüşə qatıla biləcək. Həmin görüşdə iştirak edən müxtəlif ölkələrin nümayəndələri ilə danışmaq problemli olmayacaq: süni intellekt hər bir şeyi ani tərcümə edəcək.

Süni intellekt insanın səhhətini də daima nəzarət altında saxlayacaq. Əgər hər hansısa bir xəstəlik tapılarsa, süni intellekt həkimlə əlaqəyə keçəcək, lazımi dırmanların adlarını əldə edib gecəyə dron vasitəsilə evə çatdıracaq.

Əslində bütün yuxarıda deyilənlər artıq dünyada mövcuddur. Sadəcə onların kompleksləşməsi və təkmilləşməsi bir qədər vaxt aparacaq. Bu isə o deməkdir ki, gələcək artıq qapımızdadır.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -