spot_img
24 апреля, 2024
ДомойТехнологииVirtual reallığa «toxunmağa» imkan verən əlcəklər hazırlanıb

Virtual reallığa «toxunmağa» imkan verən əlcəklər hazırlanıb

Kaliforniya Universitetinin mühəndisləri yumşaq robot texnologiyalarından istifadə edərək virtual reallığa daxil olduqda toxunuş təəssüratı yarada bilən yüngül və çevik əlcək hazırlayıblar. Bu əlcəklər sınaqdan ilk olaraq virtual klaviaturalı piano çalmaqla keçirildi. Tərtibatçıların dediyinə görə, ilk nümunə olduqca effektiv olub. Onların əsas məqsədi virtual reallıqla geniş məzmunlu qarşılıqlı əlaqə yarada bilən qurğu hazırlamaqdır. Yeni qurğunu videooyunlarla yanaşı, həm də cərrahiyyədə istifadə etmək olar. Sistem üç komponentdən: əl hərəkətlərini müəyyən edən Leap Motion sensoru, əlcək hərəkətlərinə nəzarət edən paylayıcı panel və Mckibben «əzələsi», yəni, istifadəçinin barmaq hərəkətlərinə cavab verən hörmə materiallı lateks boşluqlardan ibarətdir. İndi isə tərtibatçılar işlərinə həmin əlcəkləri daha kompakt və ucuz etmək istiqamətində davam edirlər.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -