spot_img
19 апреля, 2024
ДомойТелекомСобытияUltra Technologies şirkəti Cənubi Koreya təcrübəsindən yararlanmaq üçün Seulda iki tərəfli biznes...

Ultra Technologies şirkəti Cənubi Koreya təcrübəsindən yararlanmaq üçün Seulda iki tərəfli biznes görüşlərdə iştirak etmişdir

Ultra Technologies şirkəti 19-21 Aprel tarixlərində Seul şəhərində Koppex 2017 sərgisində iştirak etmişdir. Şirkət rəhbərliyi Cənubi Koreyanın İT inkişafının öyrənilməsi, qarşılıqlı biznes əlaqələrin qurulması, Azərbaycan bazarı üçün yeniliklərin cəlb olunması məqsədilə çoxsaylı biznes görüşlərdə iştirak etmişdir.

Məqsəd yeni innovasiyaların öyrənilməsi və cəlb olunması, Azərbaycan-Koreya İT əlaqələrin qurulması, təcrübələrin qarşılıqlı paylaşılmasıdır.

Koppex 2017 Koreyanın ən məşhur sərgilərindən biri olduğu üçün dünyanın hər bir yerindən həmin sərgidə iştirakçılar qatılmaqdadır. Ultra Technologies şirkəti Azərbaycandan tək təmsil olunan şirkət olaraq Cənubi Koreya Səfirliyinin Ticarət Şöbəsi (KOTRA) tərəfindən seçilmişdir.

Qeyd edək ki, Ultra Technologies şirkəti 1999-cu ildən fəaliyyət göstərir. İnteqrasiya sistemləri, proqramlaşdırma və yüksək texnologiyaların avtorizə edilmiş rəsmi təchizatçısı kimi ABŞ, Avropa İT Korporasiyaları ilə yanaşı Cənubi Koreya Republikasinın İT şirkətləri ilə də sıx əlaqədə olmaqla, AHA korporasiyasının rəsmi distribütorudur.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -