spot_img
25 апреля, 2024
ДомойТехнологииMWC 2017: Nokia şirkəti 3310 modelinin yeni versiyasını təqdim edib

MWC 2017: Nokia şirkəti 3310 modelinin yeni versiyasını təqdim edib

Nokia brendinə yiyələnmiş HMD Global şirkəti MWC 2017 sərgisi çərçivəsində əfsanəvi Nokia 3310 modelinin yeni versiyasını təqdim edib.

Telefon Nokia Series 30+ əməliyyat sistemi ilə çalışır, 2.4 düymlük QVGA-displey, 2 mpxl. kamera və microSD yuva ilə təchiz edilib. Telefona Opera Mini brauzeri və məşhur «ilan» oyunu quraşdırılıb.

Telefon bir dəfə enerji doldurulma ilə 22 saat danışıq rejimində və 1 ay gözləmə rejimində çalışa bilər. Nokia 3310 4 rəng çeşidində təqdim olunacaq: qırmızı, sarı, tünd göy və boz. Cihazın qiyməti cəmi 49 avro təşkil edəcək. Satışlar cari ilin ikinci rübündə start götürəcək.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -