spot_img
20 апреля, 2024
ДомойТехнологииСмартфоныMWC 2017: BlackBerry Key One Qwerty-smartfonunu təqdim edib

MWC 2017: BlackBerry Key One Qwerty-smartfonunu təqdim edib

BlackBerry şirkəti rəsmən öz yeni smartfonunu təqdim edib. BlackBerry Key One smartfonu sözügedən şirkət tərəfindən istehsal edilmiş son smartfon oldu. Belə ki, istehsalçı artıq TCL Communication Technology şirkəti olacaq.

Key One smartfonu klassik BlackBerry brendinin məhsulu kimi QWERTY-klaviatura ilə təchiz olunub. Klaviaturaya işıqlandırma və barmaq izi skaneri quraşdırılıb. Smratfonun ekranı sensordur.

Cihaz plastik kospus və aluminium çərçivə ilə əhatə edilib. Ekranın ölçüsü 4.5 düymdür (1620 x 1080). Əsas və ön kameralar müvafiq olaraq 12 və 8 mpxl. təşkil edir. Key One-da Snapdragon 625 prosessoru (Adreno 506 qrafikası), 3 GB RAM və 32 GB daxili yaddaş ilə təchiz edilib. Smartfonun yaddaşını microSD kartlar vasitəsilə 2 TB-dək genişləndirmək olar. Batareya 3505 mAh təşkil edir və QuickCharge 3.0 sürətli enerji yığılma texnologiyasını dəstəkləyir. Əməliyyat sistemi — Android 7.1 Nougat.

Smartfon aprel ayında 540 dollara satışa çıxarılacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -