spot_img
29 марта, 2024
ДомойТехнологииСмартфоныSamsung bütün 2016-cı il flaqmanlarının batareya gücünü müqayisə edib (video)

Samsung bütün 2016-cı il flaqmanlarının batareya gücünü müqayisə edib (video)

Sınaqda iştirak edən flaqmanlar: Samsung Galaxy S7, Huawei P9, Apple iPhone 6s, HTC 10, Sony Xperia X, LG G5 və Samsung Galaxy S7 edge. İlk olaraq bütün smartfonlarda bərabər test şəraiti yaradılıb: SIM-kart çıxarılıb, Wi-Fi, Bluetooth, NFC söndürülüb, enerji səviyyəsi isə bütün smartfonlarda 100% göstəricisində təyin edilib. Displeylərin işıqlanma səviyyəsi də lüksometrlə ölçülərək hər bir smartfonda eyni səviyyəyə gətirilib.

Sınağın nəticələri Samsung-un Almaniya üzrə rəsmi YouTube kanalında izləyicilərə təqdim olunub. Beləliklə, ən pis nəticəni yalnız 6 saat 32 dəqiqə işləmə vaxtı ilə LG G5 smartfnu göstərdi. Növbəti pillədə Huawei P9 qərarlaşdı. Çin istehslaçısının flaqmanı 6 saat 52 dəqiqədən sonra söndü. Digər iki pillənin sahibləri təxminən 8 saat işləmiş Sony Xperia X və HTC 10 modelləri oldu. 3-cü yerdə 8 saat 14 dəqiqə aktiv qala bilmiş iPhone 6s qərarlaşdı. Qaliblər isə ilk iki pillədə yer alan Samsung S7 və Samsung S7 Edge flaqmanları oldu.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -