spot_img
18 апреля, 2024
ДомойТелекомСобытияPython ilə Proqramlaşdırma kitabı nəşr olundu

Python ilə Proqramlaşdırma kitabı nəşr olundu

Kərim Tahiroğlu tərəfindən yazılmış bu kitab ali məktəb tələbələri, informatika müəllimləri, orta məktəb şagirdləri və ümumiyyətlə proqramlaşdırmanı öyrənmək istəyən hər kəs üçün nəzərdə tutulmuşdur.

Bu kitab niyə yazıldı

Kərim Tahiroğlu: “Əslində proqramlaşdırma ilə bağlı bir kitab yazmağı mən çoxdan istəyirdim. Çünki indiyə qədər öyrəndiyim proqramlaşdırma dillərini əsasən ingilis və rus dilli mənbələrdən öyrənmişəm. Və hər dəfə də belə kitablar əlimə keçəndə arzulamışam ki, kaş bizim dildə də bu cür kitablar olaydı… İnsaf xatirinə onu da qeyd edim ki, daha sonra Azərbaycan türkcəsində də proqramlaşdırmaya dair kitablara rast gəldim. Amma bu kitabların böyük əksəriyyəti sanki oxucuları yola vermək üçün yazılmışdı. Və belə olan halda mən düşündüm ki, əgər başqalarının kitablarını bəyənmirəmsə niyə də özüm bir kitab yazmayım.

Mən proqramlaşdırma kitabları haqda məsələyə daha fərqli yanaşıram. Əgər məqsəd öyrətməkdirsə, o zaman niyə bunu sadə dildə etməyək? Axı bu kitablar sadə insanlar üçün yazılır, onlar bundan istifadə edəcək. Lakin əksər kitabların dili isə akademikdir. Müəlliflər sanki özlərini akademik dairələrə, öz həmkarlarına göstərməyə çalışırlar ki, baxın mən də elmi cümlələr qura bilirəm, mən də bol-bol terminologiyadan istifadə etməyi bacarıram və s. Və nəticədə bu elmi dairələr və həmkarlar bu kitablardan razı qalır, amma sadə oxucular isə bu kitaba pul verdiklərinə peşman olurlar. Bax elə buna görə də mən düşünürəm ki, proqramlaşdırma kitabı çox sadə bir dil ilə öz oxucusuna müraciət etməlidir.

Bütün bu deyilənləri nəzərə alaraq mən də məhz belə bir kitab yazmağa qərar verdim ki, proqramlaşdırmanı öyrənmək istəyənlər bundan sonra yarı yolda qalmasınlar. Bu kitabı yazarkən çalışdım ki, indiyə qədər oxuduğum ən yaxşı kitablar, pedaqoji fəaliyyətimdə istifadə etdiyim tədris metodları və eləcə də gündəlik peşəkar həyatımda tətbiq etdiyim bacarıqlar bu tədris vəsaitində öz əksini tapsın və Sizə də faydalı olsun…”

Kitabla bağlı əlavə məlumatı (050) 218-91-40 nömrəsi ilə əlaqə saxlayaraq əldə bilərsiniz.

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -