spot_img
19 апреля, 2024
ДомойSoftwareМобильные приложенияInstagram-dan pulsuz biznes profilləri

Instagram-dan pulsuz biznes profilləri

Instagram sosial şəbəkəsi brendin inkişafı və müştərilərlə kommunikasiya üçün lazımi alətlər dəsti olan biznes profillərinin işə salındığını açıqlayıb. Şəbəkənin rəsmi bloqunda qeyd edilir ki, yaxın aylar ərzində yeni funksional ABŞ, Yeni Zellandiya və Avstraliya üçün mövcud olacaq. Digər ölkələrdə yeniliyin tətbiqi 2016-cı ilin sonlarına nəzərdə tutulub.

Instagram

Instagram bildirir ki, ticarətlə bağlı profillər üçün yeni biznes profilləri pulsuz olacaq. Köhnə formatı yenisi ilə əvəz edərək, biznes sahibləri müştəriyə lazım olan bütün məlumatları təqdim edə biləcək, zəng və mesajla əlaqə qurulması üçün şərait yaratmış olacaq.

Instagram

Insights adlı yeni bölmədə istifadəçilərin aktivliyi barədə statistik məlumat yerləşdiriləcək. Top Posts bölməsində isə 7-30 gün aralığında yerləşdirilmiş bütün şəkillər görülmə sayına görə sıralanacaq.

Instagram

Bundan əlavə, biznes-istifadəçilər öz mesajlarından reklam yaradaraq öz seçdikləri auditoriya ilə paylaşa biləcəklər.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -