spot_img
28 марта, 2024
ДомойТелекомСобытияGoogle Play Awards – 2016-cı ilin ən yaxşı Android tətbiqləri

Google Play Awards – 2016-cı ilin ən yaxşı Android tətbiqləri

“Google I/O” konfransı zamanı Google şirkəti ilk dəfə olaraq ilin ən yaxşı tətbiqlərini elan edib. Mükafat nominantları aprel ayının sonunda bəlli idi və onların seçimi zamanı keyfiyyət, innovativlik və yeniləmə tarixi kimi meyarlara nəzər yetirilmişdi.

Google Play Awards-un əsas mükafatına ev dizaynı və interyeri haqqında olan Houzz tətbiqi sahib çıxıb. “Ən yaxşı tətbiq” nominasiyasında o, BuzzFeed News, Colorfy, TuneIn Radio və Yummly kimi tətbiqləri qabaqlaya bilib.

Ən yaxşı oyun adını Clash Royale qazanıb. Bu nominasiyada SuperCell təmsilçisi Alphabear, Clash of Kings, MARVEL Future Fight və Star Wars Galaxy of Heroes kimi oyunları geridə qoyub.

“I/O” konfransında Google şirkəti məlumat verib ki, ümumilikdə 2015-ci il ərzində Play Store-dan yükləmələrin sayı 65 milyarda çatıb.

Qaliblərin ümumi siyahısı:

  • Ən yaxşı tətbiq: Houzz
  • Ən yaxşı oyun: Clash Royale
  • Yeni müəllifdən ən yaxşı tətbiq: Hopper
  • Ən yaxşı indie-proekt: Alphabear
  • Ən yaxşı ailəvi tətbiq: Thinkrolls 2
  • Ən yaxşı Material Design nümayişi: Robinhood
  • Ən yaxşı Google Play Game Services nümayişi: Table Tennis Touch
  • Ən perspektivli proekt: World Around Me
  • Ən innovativ proekt: NYT VR
  • Müxtəlif regionlar üçün ən yaxşı tətbiq: Pokemon Shuffle Mobile
НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,056ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -