23 мая, 2022
spot_img
ДомойТелекомСобытияQlobal kompüter bazarının həcmi 11% azalıb

Qlobal kompüter bazarının həcmi 11% azalıb

Bu ilin ilk təqvim rübü yekunlarına əsasən IDC tədqiqatçıları 60.6 milyon kompüterin dünya bazarına buraxılması haqqında məlumat verib. Qeyd edilir ki, 2015-ci ilin anoloji təqvim rübü ilə müqayisədə göstəricilərdə 11.5% azalma müşahidə olunur. Bununla da analitiklərin öncəki mənfi proqnozları (11.3%) öz təsdiqini tapıb.

İlin əvvəlində zəif satış ilk növbədə müəssisə müştərilərinin Windows 10 əməliyyat sisteminə ləng keçidi ilə bağlıdır. İstehlak seqmentində isə kompüterlərə maraq əvvəlki kimi aşağı səviyyədədir və bazarın canlanması üçün hər hansısa stimul müşahidə edilmir. Kompüter bazarının inkişafına mənfi təsir göstərən digər amillər isə anbarların dolu olması və valyuta kursunun dəyişməsi nəticəsində yaranan qiymət artımıdır.

8.5%-lik satış azalmasına baxmayaraq, Lenovo kompüter bazarının  20.1% payına sahib olmaqla (12.1 milyon masaüstü kompüter) dünya sıralamasında liderliyini qoruyub. Keçən ilki göstəricilərlə müqayisədə satışı 10.8% azalan HP şirkəti bazarın 19.2%-nə (11.6 milyon cihaz) sahib olaraq ikinci pillədə qərarlaşıb. Dell şirkəti isə ənənəvi olaraq ilk üçlüyü qapıyır. Şirkətin satışları 2% azalıb, ümumi bazar payı isə 15% (9 milyon cihaz) təşkil edib.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,179ФанатыМне нравится
985ЧитателиЧитать
3,131ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -spot_img

САМОЕ ИНТЕРЕСНОЕ

- Реклама -spot_img
- Реклама -spot_img

СОЦИАЛЬНЫЕ СЕТИ

12,179ФанатыМне нравится
985ЧитателиЧитать
3,131ЧитателиЧитать
719ПодписчикиПодписаться
- Реклама -