spot_img
16 апреля, 2024
ДомойТелекомСобытияBakıda kitabxanaçılar üçün xüsusi təlim keçiriləcək

Bakıda kitabxanaçılar üçün xüsusi təlim keçiriləcək

17 mart 2016-ci il tarixində dövlət və özəl təhsil müəssisələri (universitetlər, məktəblər) eləcə də, digər müəssisələrin kitabxana sahəsində çalışan rəhbər və işçiləri üçün «Müasir kitabxana konsepsiyası» mövzusunda təlim keçiriləcək.

Xüsusi olaraq kitabxanaçılar üçün nəzərdə tutulmuş təlimdə ALİSA sistemi üzərindən kitabxanaların elektron idarəedilməsi, kitabxana işinin asanlaşdırılması və kitabxanaçı-oxucu arasında iş prosesinin sadələşdirilməsi ilə bağlı olacaq. Bundan başqa tədbirdə, dünyanın ən inkişaf ölkələrində kitabxana avadanlıqlarının tətbiqini həyata keçirmiş alman şirkətinin xüsusi dəvət edilmiş nümayəndəsi iştirak edəcək və öz təcrübəsi, uğurla həyata keçirilmiş layihələr, ən müasir 3M avadanlıqları və kitabxana avadanlıqlarının istehsalı ilə məşğul olan Almaniya şirkətinin ən son yenilikləri barədə məlumat verəcək. Təlimdə iştirak edəcək kitabxanaçılar işinin asanlaşdırılması, kitabxanalarda yüksək texnologiyaların tətbiqi, kitabxana idarəetməsində lazımi sistemlərin tətbiqi, elektron kitabxana, onlayn kitabxanaların qurulması, kitabxana sistemlərinin fərqləri və s. faydalı məlumatları əldə edəcəklər. Təlim peşəkar mütəxəssislər tərəfindən keçiriləcək. Təlimdə iştirak pulsuzdur. Təlim iştirakçılarına sertifikat təqdim olunacaq.

ALİSA

Sistem Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tərkibində olan bir neçə Bakı və rayon kitabxanalarda, Gəncə Heydər Əliyev Mərkəzində və Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında sistemin bir neçə kompanenti tətbiq edilmişdir.

ALISA (Automated Library Information System of Azerbaijan) sistemi kompleks bir layihə kimi Azərbaycanın Kitabxana sistemini inkişaf etdirmək üçün yaradılmışdır. Qeyd edək ki, ALİSA sistemi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında «Ultra Technologies» şirkəti tərəfindən işlənib hazırlanmışdır.

Təlim 17 mart 2016-ci il saat 11:00-da başlayacaq. İştirak etmək istəyənlər öncədən qeydiyyatdan keçməlidir. Qeydiyyat üçün aşağıdakı linkə daxil olub anketi doldurmaq lazımdır: seminar.ultra.az/alisa

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,052ФанатыМне нравится
1,022ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -