spot_img
19 апреля, 2024
ДомойТелекомСобытияCybernet şirkəti Bakutel sərgisində “Korporativ stilin ən yüksək nümunəsi” sertifikatına layiq...

Cybernet şirkəti Bakutel sərgisində “Korporativ stilin ən yüksək nümunəsi” sertifikatına layiq görülmüşdür

“Synergy Group”a daxil olan “Cybernet” şirkətinin stendi Bakutel-2014 sərgisinin təşkilatçıları tərəfindən “Korporativ stilin ən yüksək nümunəsi” sertifikatına layiq görülmüşdür.

Cybernet_Bakutel_1

2-5 dekabr tarixlərində telekommunikasiya və informasiya texnologiyaları sektorunun təbliği məqsədilə keçirilmiş “Bakutel” sərgisində “Cybernet” şirkəti fəal iştirak etmişdir. Orijinal stendi ilə seçilən şirkət yerli və əcnəbi qonaqların diqqətini cəlb etmişdir. Müxtəlif sahələrdən olan iş adamları, dövlət orqanlarının nümayəndələri İT həllər üzrə onları maraqlandıran suallarla şirkətin mütəxəssislərinə yaxınlaşaraq, müzakirələr aparmış, təklif olunan məhsul və xidmətlərlə tanış olmuşlar. Tədbirdə iştirak etmiş bəzi dövlət və özəl şirkətlərin təmsilçiləri ilə gələcəkdə tərəfdaşlıq sazişi üzrə bir sıra razılaşmalar əldə olunmuşdur.

Cybernet_Bakutel_2

Xatırladaq ki, 10 illik fəaliyyət təcrübəsi olan “Cybernet” şirkəti sərgidə ziyarətçilərə dövlət və özəl qurumlarının elektronlaşdırılması, elektron həllərin yaradılması (sənəd dövriyyəsi), iri həcmli məlumat mərkəzlərinin (data center) və təhlil sistemlərinin yaradılması, yanacaq doldurma məntəqələrinin avtomatlaşdırılması və s. kimi həllər təqdim etmişdir

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -